Putin Azərbaycanla münasibətləri “məxsusi” adlandırdı

Azərbaycan və Rusiya liderləri – Vladimir Putin və İlham Əliyev bu gün Tehranda İran prezidenti Həsən Ruhaninin də iştirakı ilə üçtərəfli görüşdən öncə söhbət etmək üçün görüş keçiriblər.

 

“Sizi bu dəfə Tehranda görməyimə çox şadam: biz mütəmadi olaraq görüşürük, telefonla danışırıq, daim əlaqədəyik – bu da təbiidir, çünki dövlətlərimiz arasında münasibətlər məxsusi xarakter daşıyır, bu strateji tərəfdaşlıq münasibətləridir”, – İ.Əliyevlə görüşün əvvəlində V.Putin bildirib.

 

Putin qeyd edib ki, münasibətlərin inkişafı naminə ikitərəfli səylər faydasız qalmır və buna misal kimi mal dövriyyəsini göstərmək olar: bu ilin ilk 9 ayında həmin göstərici az qala 62% artıb.

 

“Biz başqa istiqamətlər üzrə də işləyirik, daim regional problemlər barədə məsləhətləşirik, sizinlə ikitrəfli formatda görüşməyə çox şadam”, – V.Putin deyib.

 

Öz növbəsində, İlham Əliyev qeyd edib ki, hazırkı görüş bu il ilk belə görüş deyil və onların hər biri daha yaxşı nəticələrə gətirib çıxarır. “Biz münasibətlərin inkişafına yeni impuls veririk, şadıq ki, iqtisadi sahədə müəyyən mürəkkəb proseslərdən sonra mal dövriyyəsi artır”, – İlham Əliyev deyib.

 

Onun sözlərinə görə, bu iki ölkənin biznes strukturlarının böyük qarşılıqlı marağının göstəricisidir.

 

“Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır, biz onları belə xarakterizə edirik. Bütün istiqamətlər üzrə əməkdaşlıq edirik: humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə. Buna görə də, bu dostların, qonşuların və yaxın tərəfdaşların tam dəyərli münasibətləridir”, – İlham Əliyev vurğulayıb.

 

O həmçinin məmnuniyyət hissi ilə qeyd edib ki, bu gün keçiriləcək üçtərəfli görüş qlobal miqyaslı çox vacib hadisədir.

 

“Bu, dərin tarixi köklər və qarşılıqlı maraqlar əsasında qurulmuş tərəfdaşlıqdır ki, həmin dəstəyi üç ölkə beynəlxalq arenada nümayiş etdirir”, – Azərbaycan lideri qeyd edib.

 

*   *   *18:47

 

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

 

Bu barədə “AzərTAc” xəbər verib.

 

Müstəqil.Az

Share: