PSJ beş qol vuraraq rəqib komandanı Liqa 1-dən qovdu – VİDEO

Fransa Liqa 1-nin lideri PSJ “Park de Prens” arenasında “Ayaçço”nu qəbul edib.

35-ci turun bu matçında üstün tərəf ev sahibi komanda olub.

Paytaxt klubu rəqibinin qapısından 5 cavabsız top keçirərək 3 xalı təmin edib – 5:0.

Oyun həmçinin hər iki komandanın qarşılaşmanı 10 nəfərlə bitirməsilə yadda qalıb. Belə ki, parislilərdən Hakimi, qonaqlardan isə Manqani meydandan qovulub.  

Qələbə sayəsində PSJ xalını 81-ə çatdıraraq liderliyini möhkəmləndirib.

“Ayaçço” isə 23 xalla 18-ci yerdə qərar tutaraq Liqa 1-də qalmaq şansını itirib. 

Share: