PSJ əsas oyunçuları ilə vidalaşa bilər

PSJ yayda yollarını ayırmaq istədiyi futbolçuların siyahısını formalaşdırıb.

Məlumata görə, ötən yay 18+3 milyon avroya alınan yarımmüdafiəçi Karlos Soler siyahıda bir nömrədir.

Həmçinin PSJ zədə səbəbindən bir çox matçı buraxan Renato Sançesdən də razı deyil.

Bundan əlavə, klub 32 matçda 4 qol vuran hücumçu Yuqo Ekitike ilə yollarını ayırmağa hazırdır.

PSJ ötən mövsüm müntəzəm olaraq əsas heyətdə meydana çıxan üç futbolçu ilə də yolları ayırmağa hazırdır. Bunlar Əşrəf Hakimi, Marko Veratti və Neymardır.

Mənbə: sports.ru

Share: