Psixi pozuntu yaşayan ana 6 yaşlı oğlunu acından öldürdü

Türkiyənin İzmir şəhərinin Torbalı qəsəbəsində baş vermiş dəhşətli hadisəsə böyük müzakirələrə səbəb olub.

Publika.az “Demirören” xəbər agentliyinə istinadən xəbər verir ki, qəsəbədə anası ilə birgə yaşayan 6 yaşlı Osman Çinar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bədəninində işgəncə izləri olan və arıqlaması səbəbindən huşunu itirmiş uşağa edilən tibbi müdaxilələr nəticə verməyib və azyaşlı vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Osman Çinarın 28 yaşlı anası Özge K. ona mütəmadi olaraq işgəncələr verib, bədəninin müxtəlif hissələrini yandırıb və digər xəsarətlər yetirib. Qadın 9 və 3 yaşlı digər övladlarına da anoloji hərəkətləri etsə də, Osmana qarşı daha sərt davranıb və onu uzun müddət ac saxlayıb. Aclıq səbəbindən zəifləyən 6 yaşlı uşaq daha sonra huşunu itirib və vəfat edib.

Bildirilir ki, uşaqların atası narkotik alverinə görə həbs edilib. Psixi pozuntu yaşayan ana isə artıq həbs edilib.

Uşaqların atasına dəfndə iştirak etməsi üçün 3 günlük icazə verilib.

Müstəqil.Az

Share: