Professor yüzlərlə tələbəni İŞİD-ə cəlb etdi

Kabil universitetlərindən birinin professoru tələbələri İŞİD terror qruplaşmasına cəlb etməkdə ittiham edilir. O, yerli kəşfiyyat orqanları tərəfindən saxlanılıb.

Müstəqil.az xəbər verir ki, Kabilin 5-ci rayonu ərazisində insanları İŞİD terrorçu qrupuna cəlb etmək üzrə məsul olan şəxsin tutulması üçün əməliyyat keçirilib. Şeyx Məhəmməd Ruhani məscidinin imamı və universitet professoru Əbu Abdulla Mütəvəkkil saxlanılıb

Kəşfiyyat orqanları professorun 16 tələbəsini terrorçuluq və hökumət əleyhinə fəaliyyətə görə yaxalayıb.

Share: