Prezident və xanımından Zabit Səmədova DƏSTƏK – FOTO

“Mauqli” ləqəbli məşhur kikboksçu Zabit Səmədov Bakıda idman zalı açıb.

Müstəqil.Az Publika.az-a istinadla  xəbər verir ki, bu barədə idmançı Instagramda məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və 1-ci vitse prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə yaradılmış “Zabit Səmədov” döyüş klubuna 23.01.2019-cu il tarixindən etibarən müxtəlif idman növləri üzrə məşqlərə qeydiyyat başlayır.

Qeyd edək ki, Zabit Səmədov ​​​​​​ kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olub.

Yeni açılan “Zabit Səmədov” döyüş klubunun fotolarını təqdim edirik:

Share: