Prezident Azərbaycan Nəşriyyatının direktoru ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azər Mustafazadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, A. Mustafazadə Azərbaycan Dövlət Nəşriyyatı direktorudur. Bu gün onun 80 yaşı tamam olur.

Share: