Prezidentə elə yalanlar deyirlər ki, üstü açılsa, tufan olar – Deputatdan şok

Vəzifəli şəxslərin əksəriyyəti yalan danışır, yaltaqlıq edir, özündən aşağı olanlara isə nökər kimi baxır.

Müstəqil.Az Yenipress.az-a istinad edərək xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev deyib.

“Nə qədər yalan danışmaq olar? Siz hər yalan danışdıqca millət daha da kasıblaşır, ərzaq daha da bahalaşır. Amma mənə ən çox toxunan budur ki, siz Prezident İlham Əliyevə də yalan deyirsiniz, yalanlara inandırırsınız. Elə yalanlar ki, o yalanların üstü açılsa, qasırğa qopar, tufan olar, Bakıya bir metr qar yağar, Kürdəmirdə Amazon meşələri əmələ gələr”, – deyə o qeyd edib.

Müstəqil.Az

Share: