Poroşenko məhkəmədə yuxuladı

Ukraynanın keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının lideri Petro Poroşenko dövlətə xəyanət işi üzrə barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinin müzakirə edildiyi məhkəmə iclasında yuxuya gedib.

Rusiya mediasının yaydığı məlumata görə, kadrlarda vəkil İqor Qolovanın çıxışı zamanı keçmiş dövlət başçısının gözlərini yumduğu, sonra qoluna söykəndiyi və açıq-aydın yuxuya getdiyi görünür.

 

Müstəqil.Az

 

Share: