Poqba ağır cəza ilə üz-üzə: Dopinq testi yenə müsbət çıxdı

Fransa millisi və İtaliyanın “Yuventus” klubunun futbolçusu Pol Poqbanın dopinq testi yenidən müsbət çıxıb.

Bu barədə italyan jurnalist Fabritsio Romano özünün “Facebook” hesabında məlumat yayıb. O bildirib ki, yarımmüdafiəçi ilk testin nəticəsinə etiraz etdiyi üçün yenidən test verib. Cavab bu dəfə də müsbət olub.

30 yaşlı futbolçunun futboldan uzun müddətə uzaqlaşdırılması gözlənilir. “Yuventus” tezliklə onunla müqaviləni ləğv etmək niyyətindədir.

Share: