Polşada bomba sığınacaqlarının sayı artırılacaq

Polşa hakimiyyəti mülki şəxslərin müdafiəsi ilə bağlı yeni qanun hazırlayır və ölkədə bomba sığınacaqlarının sayını artırmağı planlaşdırır.

Bu barədə şənbə günü respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski məlumat verib.

“Biz vətəndaşlarımız üçün mümkün zəruri sığınacaq təmin edəcək yerlərin sayını artırmalıyıq. Hazırda sərəncamımızda 62 min sığınacaq var”, – deyə nazir bildirib.

Nazir yeni yaradılacaq sığınacaqların sayını dəqiqləşdirməyib.

O, işlərin dekabrın ortalarında başa çatacağını vurğulayıb.

Mənbə: TASS

Share: