Monako şahzadəsi əkiz övladlarının fotosunu dərc etdi – FOTO

Şahzadə Şarlin Monakonun Milli Günü münasibətilə II Albertin övladları Jak və Qabriellanın fotosunu dərc edib.

Müvafiq şəkil onun rəsmi “Instagram” səhifəsində paylaşılıb.

Uşaqların xeyli böyüdükləri gözdən yayınmayıb. Belə ki, şahzadə Jak və əkiz bacısı şahzadə Qabriellanın artıq 7 yaşları var.

Monako knyaz cütlüyünün pərəstişkarları Qabriellanın şahzadə II Albertə, Jakın isə şahzadə Şarlenə bənzədiyini vurğulayıblar.

Qeyd edək ki, noyabrın 19-da Monakonun Milli Günündə II Albert və Şarlin övladları ilə ənənəvi olaraq Şahzadə Sarayının eyvanından yerli sakinləri salamlayıblar.

Mənbə: gazeta.ru

Share: