Polşa Almaniyaya çağırış etdi: “Tankları anbarlarda gizlətməyin”

“Almaniya Kiyevə hərbi yardım göstərməlidir, silahları anbarlarda gizlətməli deyil”.

Bu sözləri Polşa Baş naziri Mateuş Moravetski deyib.

“Mən Almaniya hökumətini Ukraynaya bütün növ silahların göndərilməsi üçün qətiyyətli addım atmağa çağırıram. Biz illərdir ağır texnikaya, tanklara sərmayə qoymuşuq. Onlar anbarlarda paslanmamalıdır. Onlardan istifadə edilməlidir”, – deyə baş nazir vurğulayıb.

Mənbə: “Polsatnews”

Share: