Polkovnikin doğum günündə ona yazıram…

Faiq BALABƏYLİ

Polkovnik Vaqif Əsədovun doğum günüdür. Bu münasibətlə onu təbrik etməzdən öncə qeyd etmək istərdim ki, indi təqaüddə olan Polkovnik  xidməti dövründə kifayət qədər populyar oldu, tanındı, sevildi, adı hörmətlə yad edildi və indi vəzifədən getsə də yenə də haqqında xoş sözlər danışılmaqdadır…

Əlbəttə bir adam hər kəs üçün xoş ola bilməz, əminəm ki, indi təqaüddə olan Vaqif müəllimi də axtarsan xoşlamayan adamlar az da olsa  tapılacaq. Bütün təbəqəlrdə belələrinə təsadüf etmək olar, bəlkədə ən çox elə özünün paqon yoldaşları arasındadır belələri. Niyə? Bəlkədə ona görə ki, polkovnik Vaqif azsaylı paqondaşıyıcılarındandır ki, xidmət netdiyi dövrdə kifayət qədər hörmət sahibi olmuşdu. Arxasınca danışanlar da ancaq müsbət notlara söykənərək onun haqqında fikir yürüdüblər.

Vaqif müəllim ona işi düşənlərə qanunun diqtə etdiyi çərçivədə yardımçı olurdu, hətta qanunun onlara verdiyi imkanlardan sui-istifadə edən həmkarlarını da qınayırdı vəziyyəti sürücünün xeyrinə dəyişrdi.
Jurnalistlərin dostu idi. Çünkü o özü də elə jurnalist olaraq fəaliyyət göstərirdi, desək yanılmarıq. Növbəti doğum gününü qeyd edən Polkovniki həm xoşlamaq, həm də xoşlamamaq üçün müxtəlif səbəblər tapılar, özü də kifayət qədər.

Doğrusu, onun bəzi çıxışlarında bir qədər şişirdilmiş notlar da olub, bu da xidməti vəzifəsindən irəli gəlib, əlbəttə. Düşünürəm ki, incimək olmaz.
İndi bütün bunları müzakirə etmək fikrim də yoxdur. Sadəcə Polkovniki doğum günü münasibəti ilə ürəkdən təbrik etmək keçdi könlümdən.
Cənab Polkovnik, var olun, çox yaşayın, xoş yaşayın…
Hörmətlə: Faiq BALABƏYLİ

 

 

Share: