Polis itlərinə musiqi terapiyası verilir – VİDEO


İspaniyanın paytaxtı Madriddə polis itlərinə musiqi terapiyası verilir. “Motsart təsiri” adı verilən bu üsulla itlərin stress pozuntusunun müalicə edilməsi nəzərdə tutulur.
Moderator.az xəbər verir ki, yerli polis səlahiyyətliləri 22 polis iti üçün xidmət etdikləri məhəllələrə klassik musiqi dinləyə bilmələri üçün ventilyasiya dəstəkli sistemlər yerləşdiriblər.
Polislərdən biri  itlərinin rahatlamağa ehtiyacları olduğunu, amma davamlı olaraq əmrlərə cavab verməyə hazır və ayıq olmalarının da şərt olduğunu deyib.
Qeyd edək ki, 2012-ci ildə aparılan bir araşdırmaya görə klassik musiqi itlərdəki  narahatlığı azaldaraq rahatlamalarını təmin edir.
Müstəqil.Az

Share: