Polis əməkdaşları məşhur serialın çəkilişlərində rüşvət aldıqları üçün həbs edildilər

Moskvanın Doroqomilovski Rayon Məhkəməsi yerli “Çikatilo” serialının çəkilişləri zamanı ümumi məbləği bir milyon rubldan çox rüşvət alan iki polis əməkdaşını cəzalandırıb.

Kulis.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.

Məlumata görə, “Kino-Group” MMC-nin keçmiş baş direktorundan biri qonorar müqabilində sözügedən serialın çəkilişləri zamanı küçələri bağlayıblar.

Nəticədə, Daxili İşlər Nazirliyi Baş İdarəsinin İctimai Asayişin Mühafizəsi İdarəsinin (UOOP) keçmiş rəis müavini Sergey Kulişov 1,2 milyon rubl cərimə ilə ciddi rejimli koloniyada 5 il və onun tabeliyində olan şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ümumilikdə istintaq “Çikatilo” filminin çəkilişi ilə bağlı üç cinayət işi açıb, proses paytaxtın üç məhkəməsində davam edir. 2022-ci ilin avqustunda Moskvanın Şerbinski Məhkəməsi “Kino-Group” MMC-nin keçmiş baş direktoru Dmitri Bolşakovu rüşvətxorluqda vasitəçilikdə təqsirli bilərək, 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, manyak Andrey Çikatilo haqqında serial 2020-ci ildə çəkilib. Onda baş rolu aktyor Dmitri Nağıyev ifa edib.

Share: