Polis əməkdaşının bıçaqlanması xəbərinə — DİN-dən reaksiya

Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır.

Bunu “Qafqazinfo”ya açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə şəhərində polis nəfəri yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 


Share: