“Polad ürəklər” – Şəhid Murad Qurbanov (video)

“Polad ürəklər” layihəsinin məqsədi Birinci və İkinci Qarabağ döyüşlərində – Azərbaycan Vətən Müharibəsində qəhrəmanlıqlar göstərmiş, qazi olmuş, müqəddəs şəhid adını qazanmış oğullarımızdan söz açmaq, onların həyat yollarını gənclərə örnək etməkdir. Layihə Milli qəhrəmanımız, generalımız, Şəhidimiz, fəxrimiz Polad Həşimovun şərəfinə “Polad ürəklər” adlandırılıb. Nə qədər ki, mübarizlər, nə qədər ki, poladlar var bu Vətən basılmayacaq!

Yaşasın müzəffər Azərbaycan ordusu!

Murad Asif oğlu 23 mart 1996-cı ildə Salyanda anadan olub. 2002 cü ildə Salyan şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə gedib.

2003-cü ildə Bakı şəhər Səbail rayonunda yerləşən 51 saylı orta məktəbdə təhsilini davam etdirib və 2012-ci ildə oranı bitirib.

Orta məktəbi bitirdikdən sonra Bakı şəhərində yerləşən Malliyə İqtisad Kollecinə daxil olub. Kolleci bitirdikdən sonra, 2015-ci ilin iyul ayında Səbail rayonu Səfərbərlik idarəsi tərəfindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini Tərtər rayonu Qaradağlı kəndində edib. Muradın xidməti aprel döyüşlərinə təsadüf edib. Ağdam rayonunun Quzanlı kəndində, Tapqaraqoyunluda, Tərtər rayonunun Qapanlı kəndində gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Murad Qurbanov aprel döyüşlərində Top kamandiri ilə birlikdə düşmənin bir zirehli texnikasını və üç canlı qüvvəsin məhv edib.

2017-ci ildə xidmətini başa vurub və fiziki əməklə məşğul olub.

2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla nişanlanıb.

2020-ci il sentyabr ayında Ali Baş Kamandanın qismən səfərbərlik elan etdiyi gündən könüllü olaraq səfərbərliyə yazılıb.

2020-ci il sentyabr ayının 29-da döyüşə yollanıb. Cəbrayıl, Füzuli, Hadrut rayonu ərazilərində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Döyüş yoldaşları Muradın qorxmaz, istiqanlı, şən, mehriban, eyniz zamanda düşmənə amansızlığından dönə-dönə söz açır.

11 oktyabr 2020-ci ildə Hadrut döyüşlərində Şəhidlik zirvəsinə yüksəlib. Şəhidin cənazəsi Badamdar qəsəbəsində təzə salınan  Şəhidlər Xiyabanında dəfn edilib. 

İradə AYTEL
kultura.az

 

Share: