Pol Tomas Anderson yeni filmə başlayır

Pol Tomas Anderson 2023-cü ilin yayında yeni filminin çəkilişlərinə başlayacaq

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, rejissorun növbəti layihəsi 1940-cı illərdə Los-Ancelesdəki həyat tərzinə həsr olunacaq.

Rejissor filmin çəkilişlərini 2023-cü ilin yayında doğma şəhəri Los-Ancelesdə başlamağı planlaşdırır. Xarici mətbuatın yazdığına görə çəkiliş heyəti baş rol üçün 15-16 yaşlı qarışıq millətdən olan, “atletik bədən quruluşuna malik və döyüş sənətini bilən” qız axtarır.

Xatırladaq ki, Anderson “Maqnoliya”, “Neft”, “Master” adlı məşhur filmlərin müəllifidir.

Share: