Pol Sezannın tablosu 27 il sonra İrlandiyada

Fransız rəssam Pol Sezannın “Tarlalarda həyat” adlı tablosu 27 ildən sonra İrlandiyada sərgilənəcək.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, İrlandiyanın Turizm, Mədəniyyət və İncəsənət naziri Ketrin Martin dünən görkəmli rəssam Pol Sezannın 1877-ci ildə çəkdiyi məşhur rəsminin alınaraq İrlandiya Milli Muzeyində nümayiş etdirildiyini açıqlayıb.

Qeyd edək ki, “Tarlalarda həyat” (La Vie des Champs) əsəri sonuncu dəfə 1996-cı ildə ABŞ-da nümayiş etdirilib.

Xatırladaq ki, Pol Sezan 1839-cu ildə Fransada anadan olub və Qərb rəssamlığında abstraksiyanı kəşf edən ilk rəssam kimi dəyərləndirilib. O, əsərlərində məkanın yeni perspektivinə və təmsilinə yol açıb. Məşhur rəssam Anri Matiss Sezannın özündən sonra gələn rəssamlara təsirini etiraf edərək ondan “hamımızın atası” deyə bəhs edib.

Share: