Planşetlə oynayan uşaq relslərin üstünə yıxıldı

Rusiyanın Yekaterinburq şəhərində metronun “Çkalovskaya” stansiyasında insident baş verib.

“Qafqazinfo” “NTV” telekanalına istinadən xəbər verir ki, planşetlə oynayan uşaq diqqətsizlik üzündən platformadan relslərin üstünə yıxılıb.

Qatar gözləyən şəxslərdən biri yıxılan oğlanı görüb və ona oradan çıxmasında yardımçı olub. Uşaq ciddi xəsarət almayıb.

 

Share: