Piyadanı vurub öldürən “Prius” sürücüsü həbs edildi

Bu ilin martın 24-ü Bakının Nizami rayonu Q.Qarayev prospektində “Dakar” dairəsi yaxınlığında piyada keçidində ağır qəza törətmiş sürücüyə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, idarə etdiyi “Toyota Prius” markalı avtomobillə 47 yaşlı Rəfail Şükürovu vurub öldürən 40 yaşlı Pərvin Cəfərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə P.Cəfərova 2 il sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası təyin edilib.

İbtidai və məhkəmə istintaq müddətində polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib.

 


Share: