Pike onu da aldadır?

“Barselona”nın və İspaniya millisinin keçmiş futbolçusu Jerar Pike daha bir xəyanətdə şübhəli bilinir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Tiempo” nəşri məlumat yayıb.

Mənbəyə görə, ötən ilin sonunda Pikeni Barselonadan olan vəkil Giulia Puiqlə birlikdə görüblər.

Qeyd edək ki, müğənni həyat yoldaşı Şakira futbolçunun xəyanət etdiyinə görə ondan ayrılıb.

Şakira və Pike 2010-cu ildə müğənninin dünya çempionatı üçün ifa etdiyi “Waka Waka” mahnısının klip çəkilişi zamanı tanış olublar. 35 yaşlı Pike və 45 yaşlı Şakira 12 illik münasibətdən sonra bu ilin iyununda ayrılmaq qərarına gəliblər. Onlar rəsmi nikahda olmayıblar, iki övladı var.


Share: