Peyvənd olunanların statistikası

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 815 vaksin vurulub.

Müstəqil.Az  Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 931, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 150, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13 718, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 016 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 176 571, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 796 474, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 855 788, pozitiv nəticədən sonra buster doza olunanların sayı 214 606 təşkil edir.

Müstəqil.Az
Share: