Peskov: “Rusiyada Ermənistanın özündən daha çox erməni yaşayır”

Moskva Qarabağdakı Rusiya sülhməramlılarını nədəsə günahlandırmaq cəhdləri ilə qəti şəkildə razılaşmır.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Heç kim sülhməramlıları nəyisə səhv etməkdə qınaya bilməz. Biz heç vaxt belə qınaqlarla razılaşmayacağıq”, – deyə o bildirib.

Peskov qeyd edib ki, Rusiya Ermənistanla, o cümlədən Paşinyanla dialoqu davam etdirəcək.

“Ümumiyyətlə, İrəvan müttəfiq olaraq qalır. Rusiyada Ermənistanın özündən daha çox erməni yaşayır”, – deyə o xatırladıb.

Kremlin sözçüsü, həmçinin İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında hələlik görüş perspektivləri ilə bağlı dəqiq fikirlər olmadığını vurğulayıb.

Mənbə: TASS

Share: