Peskov Putinin bunkeri və oxşarlarından danışdı

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin oxşarları və bunkeri ilə bağlı söhbətləri yalan adlandırıb.

O, bu barədə Bilik cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.

Kremlin sözçüsü bazar ertəsi bildirib ki, Rusiya prezidenti Vladimir Putinin dublyorunun olması ilə bağlı iddialar həqiqətə uyğun deyil.

Onun sözlərinə görə, dövlət başçısı hər zaman fəal olub və indi də iş başındadır. O, heç vaxt bunkerlərdə olmayıb.

Peskov, həmçinin bildirib ki, Rusiya prezidentinin səhhəti o qədər yaxşıdır ki, insan bu cür sağlamlığı hətta özünə arzu edə bilər.

Mənbə: mk.ru

Share: