Peruda parlament buraxıldı və fövqəladə vəziyyət elan edildi

Peru Prezidenti Pedro Kastilyo çərşənbə günü parlamentin buraxaraq ölkədə fövqəladə vəziyyət elan edib.

O, bunu dövlət başçısı administrasiyasının “Facebook” səhifəsində yayımlanan xalqa müraciəti zamanı bildirib.

“Ölkənin hər yerindən vətəndaşların şikayətləri ilə əlaqədar mühüm qərarlar qəbul edilib. Hüquqi demokratik dövlətin bərpası üçün fövqəladə hökumət yaradılsın və aşağıdakı tədbirlər görülsün: Konqres müvəqqəti olaraq buraxılsın, respublikada fövqəladə hökumət yaradılsın, ən gec 9 ay müddətində yeni konstitusiyanın hazırlanması üçün Konqresə yeni seçkilər keçirilsin. Həmçinin, bu gündən etibarən komendant saatı tətbiq edilir”, – deyə dövlət başçısı bəyan edib.

Bundan əlavə, Kastilyo bütün vətəndaşların növbəti 72 saat ərzində qanunsuz silahlarını təhvil verməli olduqlarını açıqlayıb. Siyasətçi ictimaiyyəti “ölkəni heç bir ayrı-seçkilik olmadan inkişaf yoluna yönəltməyə imkan verəcək” bu qərarları dəstəkləməyə çağırıb. O xatırladıb ki, hakimiyyətə gələndən indiki parlament hökumətin irəli sürdüyü sosial-iqtisadi təşəbbüsləri ardıcıl olaraq rədd edərək, Nazirlər Kabinetinin işinə mane olub. Kastillo əlavə edib ki, qərarı barədə Amerika Dövlətləri Təşkilatına məlumat verəcək.

Prezidentin bəyanatından sonra Peru parlamenti təcili toplaşaraq dövlət başçısına impiçment elan edib. Ölkə polisi və ordu da qanunverici orqanın tərəfini tutub.

Mənbə: TASS

Share: