Pentaqon Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyi təsdiqləyib

Birləşmiş Ştatların Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyini təsdiqləyib.

xəbər verir ki, bu barədə məlumatı “TASS” agentliyi yayıb.

“Regional çəkindirmə səylərini gücləndirmək və ABŞ-nin bölgədəki qüvvələrini qorumaq üçün regiona əlavə qüvvələr göndəririk”, – Pentaqon rəsmisi agentliyinin əməkdaşına deyib.

O, bölgəyə dəqiq neçə hərbçi və hansı qoşun növünün göndərildiyi barədə ətraflı məlumat verməkdən imtina edib.

Xatırladaq ki, aprelin 12-də “The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, ABŞ İranın İsrailə potensial zərbəsi ilə bağlı narahatlıqlar fonunda bölgəyə əlavə gəmi və təyyarələr göndərir.

Share: