Pentaqon Tayvana 1,1 milyard dollarlıq silah satmağı planlaşdırır

ABŞ Tayvana 1,1 milyard dollara silah satmağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pentaqon məlumat verib.

Bundan əvvəl, avqustun 29-da “Politico” qəzeti xəbər vermişdi ki, ABŞ Prezidenti Co Bayden tezliklə ABŞ Konqresindən ABŞ-ın Tayvana təxminən 1,1 milyard dollar dəyərində silah satışına razılıq verməyi xahiş etməyi planlaşdırır. Layihəyə gəmi əleyhinə raketlər və 100 “hava-hava” tipli raket daxildir.


Share: