Pentaqon Rusiya ordusunun Ukraynadakı itkilərini açıqladı

Ukraynada genişmiqyaslı müharibənin başlanğıcından bəri yaralı və öldürülən rusiyalı hərbçilərin ümumi sayı 80 minə çatır.

Bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal brifinq zamanı məlumat verib.

O qeyd edib ki, belə əhəmiyyətli itkilər fonunda Rusiya prezidenti Vladimir Putin Ukraynada qarşısına qoyduğu məqsədlərin heç birinə nail olmayıb.

Onun sözlərinə görə, rusiyalı hərbçilərin əhval-ruhiyyəsi Ukrayna hərbçilərindən xeyli aşağı səviyyədədir.

Mənbə: rbc.ua

Share: