Pelenin vəziyyəti ağırlaşdı

Braziliyalı üçqat dünya çempionu, veteran futbolçu Pelenin vəziyyəti pisləşib.

Müstəqil.Az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.

Nəşr bildirir ki, 82 yaşlı Pele artıq kimyaterapiyaya cavab vermir. Dünya futbolunun əfsanəsinə ancaq palliativ yardım göstərilir.

Müstəqil.Az

Share: