Pekində universitetdə partlayış, ölənlər var

Çinin paytaxtı Pekində universitetdə baş verən partlayışda üç tələbə ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış laboratoriyada kimyəvi təcrübə keçirilən zaman baş verib.

Hadisə yerinə səkkiz təcili yardım maşını cəlb edilib. Yanğının qarşısını almaq mümkün olub.

Share: