Paytaxtın Xətai rayonunda binada yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Saat 01:01

Bakıda binada yanğın baş verib.

xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektindəki binalardan birində qeydə alınıb.

İlkin ehtimala görə, yanğın eyvana düşən fişəngdən baş verib.

Share: