Paytaxtın bu yollarında tıxac var — Siyahı

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.

Bu barədə “Qafqazinfo”ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda yollardakı vəziyyət belədir:

1. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;

2. Binəqədi şosesi, Azadlıq Prospekti m/st istiqamətində;

3. 20 Yanvar dairəsində;

4. Tbilisi prospekti, mərkəz istiqamətində;

5. Badamdar şossesi, mərkəz istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.


Share: