Paytaxtda 45 yaşlı şəxs tanışı tərəfindən bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Zeytun Zavodu adlanan ərazidə 1978-ci il təvəllüdlü Zeynalov Şahin Famil oğlu şəxsi münasibətlər zəmnində tanışı ilə dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: