Payız yağışına düşüb küçələr..

Fərhad DƏNİZİN şeirləri

Solaydım

 
Nə ola qismət olaydım,
Bəxtinə yazılaydım.
Sənin qısa ömrünə,
Mən ömrümü böləydim.
Səninlə bir doğulub,
Səninlə bir öləydim.
Hərdən dəniz olaydım,
Çağlayaydım coşaydım
Sahilimlə ömürlük
Döyüşər vuruşardım.
Sən sahilə gələydin,
Mən də sakitləşəydim.
Dönüb olaydım külək,
Sənə doğru əsərək.
Fərhad kimi gələydim,
Saçlarına toxunub
dodağımla mən sənin
Dodağına dəyəydim
Nəfəsinə dönəydim.
Aylı gecə olaydım
Ulduzlarla dolaydım
Gecə mənə baxanda
Məndə sənə baxaydım.
Gözlərinə baxaraq,
Ulduz olub axaydı.
Ətirli gül olaydım,
Yar bağında bitəydim.
Gül-çiçəyin içində,
Ən gözəli olaydım.
Sən məni qoxlayanda,
Mən saralıb, solaydım.
 
25.09.2020.
 
Ay ürək
Arzuları yavaş-yavaş görməyə,
Zaman keçir gecikirsən, ay ürək.
Halalı haramdan erkən seçməyə,
Tələs, yürü, gecikirsən, ay ürək.
 
Nə vaxtdır ki, baxammıram özümə,
Qanım donub, taqət gətir dizimə 
Sıxıntıdan çıxanmırsan üzümə,
Yarı yolda qoyma məni, ay ürək.
 
Daxilində mənəvi sıxıntı var,
Yaşasa da boşalmayır bu ürək.
Bayılırsan tez-tez sancı ağrın var,
Qəm yükünü atammırsan ay ürək.
 
Qorumusan gizlətmisən sirrini,
Sənə olan etibarım yox ürək.
Fərhad bilib hər an sənin qədrini,
Xəyanətim yoxdu sənə ay ürək.
 
 25.09.2020.
 

Hava soyuyur

 
Yaman düşdük dövrümüzün oynuna,
İnsan düşüb şeytan, iblis toruna.
Deyən çatdıq axirətin sonuna,
Virus baş qaldırır, hava soyuyur.
 
Payız yağışına düşüb küçələr,
Elə bil illərlə intizar yuyur.
Dağıdıb bəndləri sınıb meşələr,
Şehli çəmənlərdə güllər quruyur.
 
Allah Allah deyir yaxşıda, pisdə,
Hərə öz günahın beləcə yuyur.
Cavab verəcəkdir hər türlü kəsdə,
Etdiyi əməllə bağını sulayır.
 
 25.09.2020
 

Bir dənizin oğluyam

 
Doğulmuşam “Axtala” tək diyarda,
Qorxu bilməz mərd kişinin oğluyam.
Tayfamız uludu hər bir mahalda,
Yenilməyən ”imannarın” oğluyam.
 
Zirvədi yurdumun meşəsi, dağı,
Valeh edər gedən, gələn insanı.
Nurlu vilayətdən ayırmaz canı,
Lilpar meşələrin, çölün oğluyam.
 
”Adamçıxan” daşdan baxanda kəndə,
Sanki Allah cənnət verib bu səmtə.
Mələklər yurdunun şahı bu yerdə,
Səcdəndə əyilib, duran oğluyam.
 
Toy-büsat əzbər olub dillərdə,
Səda salıb başqa-başqa ellərdə.
Kövrəlirəm nə tez ötür illərdə,
Sazlı-sözlü bir aşığın oğluyam.
 25.09.2020
Share: