Paşinyanla Tixanovskaya Qranadada görüşdü — Foto

Xəbər verdiyimiz kimi, İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin III Sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Paşinyan səfər çərçivəsində Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya ilə görüşüb.

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.


Share: