Paşinyanın oğlunu oğurlamaqda ittiham olunan qadınla bağlı qərar verildi

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlunu qaçırmaqda ittiham olunan Qayane Akopyan bir ay müddətinə həbs edilib.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hakim həbs qətimkan tədbiri seçilməməyi xahiş edən bir qrup müxalifətçi deputatın zəmanətini nəzərə almayıb.

Nəticədə Paşinyanın oğlunun oğurlanmasını təşkil etməkdə ittiham olunan 44 günlük müharibədə həlak olan əsgərin anası Qayane Akopyan (Martirosyan) bir ay müddətinə həbs edilib.


Share: