Paşinyanın keçmiş köməkçisi Baş prokuror oldu

Ermənistanın Baş prokuroru Artur Davtyan rəsmi olaraq vəzifəsini tərk edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Davtyan 6 illik səlahiyyət müddətinin baş çatması səbəbilə vəzifəsindən gedib. 

Bununla yanaşı, ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları 36 yaşlı Anna Vardapetyanı ölkənin yeni Baş prokuroru seçiblər. 

Vardapetyan parlamentdə and içib və rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Bununla da, o, Ermənistan tarixində Baş prokurorluğa rəhbərlik edən ilk qadın olub. 

Qeyd edək ki, Anna Vardapetyan 2020-ci ilin mart ayından ölkənin Baş naziri Nikol Paşinyanın köməkçisi olub.

 


Share: