“Paşinyanın çıxışı İlham Əliyevin parlaq çıxışının fonunda həddindən artıq sönük təsir bağışladı…”

Sentyabrın 29-da “Rossiya 1” telekanalında baş tutan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın müsahibəsi kimin kim olmasını bir daha aydın surətdə göstərdi. Düşmən ölkənin rəhbəri bu müsahibə nəticəsində növbəti dəfə rüsvayçı duruma düşdü. Belə ki, Paşinyanın çıxışı İlham Əliyevin parlaq çıxışının fonunda həddindən artıq sönük təsir bağışladı. Və bu həqiqəti hətta rusiyalı ekspertlər də etiraf etdilər. 
Aydın məsələdir ki, avantürist və populist Paşinyan güclü “performans” göstərə bilməzdi. Çünki o və onun ölkəsi haqsız tərəfdir. Müharibədə haqsız olan, ədalətsiz tərəf kimi çıxış edən ölkənin lideri heç vaxt publika qarşısında, tamaşaçı auditoriyası qarşısında və ən nəhayət İlahi Həqiqət qarşısında əmin şəkildə, özgüvən hissi ilə, alın açıqlığı ilə danışa bilməz. Eyni zamanda Azərbaycan prezidentinin yüksək siyasi peşəkarlığı və diplomatik ustalıqla çıxış etməsi faktı da həmişə olduğu kimi bu dəfə də öz sözünü dedi.
Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunmuş “60 dəqiqə” proqramında Azərbaycan prezidenti canlı  yayıma bağlanaraq rusiyalı telejurnalistlərin suallarını müfəssəl və mükəmməl şəkildə cavablandırdı. Beləliklə, Nikol Paşinyan növbəti dəfə Azərbaycan prezidentinin qarşısında məğlub duruma düşdü. Əminəm ki, Ermənistan silahlı qüvvələri də tezliklə bu cür uğursuzluqla üzləşəcək, ağır məğlubiyyətə düçar olub Qarabağımzdan qaçacaqlar. Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı döyüş nailiyyətləri bunu deməyə əsas verir.
Ordumuza və Ali Baş Komandanımıza eşq olsun!
Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Müstəqil.Az
Share: