Paşinyan 30 milyard oğurlayanı “tapdı” – Video

Ermənistan Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasına qarşı keçirdiyi əməliyyatın səbəbini açıqlayıb.

Müstəqil.Az -ın məlumatına görə, Axar.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistan MTX Çiçəklənən Ermənistan Partiyasının oliqarx sədri Qagik Çarukyanın qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatına 30 milyard (təxminən 62 milyon dollar) dram məbləğində zərər dəydiyini açıqlayıb.

MTX ötən gün Çiçəklənən Ermənistan Partiyasının bütün ofislərində axtarış aparılmasını da bununla izah edib. Q.Çarukyanın adı üç cinayət işində hallanıb: “Şanqri La” kazinosunu lisenziyasız işlədib, nəticədə dövlətə 29 milyard dram zərər vurub, 2017-ci il seçkilərində qalib gəlmək üçün rüşvət paylayıb, bundan əlavə, partiya rəhbəri kənd təsərrüfatı ərazisində qanunsuz tikililəri özəlləşdirib.

Qeyd edək ki, Ermənistan parlamentində Paşinyanın Mənim Addımım fraksiyasından sonra ən böyük deputat blokuna sahib olan Çiçəklənən Ermənistan Partiyası son günlər hakimiyyətə qarşı kəskin tənqidlərlə çıxış edirdi.

Partiyanın ofislərinin ötən gün darmadağın edilməsi, Çarukyanın MTX-yə aparılaraq ittiham elan olunmadan saxlanılması və partiya tərəfdarlarının olaya etiraz olaraq keçirdiyi aksiyaya polisin kobud müdaxiləsi nəticəsində onlarla xəsarət alanın olması hazırkı hakimiyyətin siyasi müxalifətə qarşı repressiyası kimi qiymətləndirilir. Yerli müşahidəçilər N.Paşinyanın ölkədə diktatura qurduğunu, iqtisadi uğursuzluqlarını ört-basdır etmək üçün oliqarxları bu cür talan etdiyini iddia edirlər.

 

 

Share: