PAŞA Holding tələbələr üçün “Əlaçı” proqramını təqdim edir

Gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən PAŞA Holding “Əlaçı” proqramını tədqim edir. “Əlaçı” proqramı 3-cü və ya 4-cü kurs bakalavr tələbələrini əhatə edən bir illik təqaüd proqramıdır.

Belə ki, proqram 2022-2023-cü tədris illərini əhatə edir və bütün mərhələləri uğurla tamamlayan tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutur. Bundan əlavə, “Əlaçı” proqramı çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbirlər təşkil olacaq, eləcə də karyera məsləhətləri, mentortorluq və digər xidmətlər göstəriləcək”.

Qeyd edək ki, proqrama müraciət edən tələbələrin ümumi sayı 2400, proqrama seçilən tələbələrin sayı isə 115 nəfər təşkil edib.

 


Share: