Paradda bu ölkələrin prezidentləri iştirak edəcək

İkinci Dünya Müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar Moskvada keçiriləcək təntənəli tədbirlərdə müxtəlif ölkələrin prezidentləri iştirak edəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, paradda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ermənistan liderlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, artıq Özbəkistan, Belarus və Ermənistan rəhbərləri Moskvaya gəliblər.


Share: