replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Pandemiyanın ikinci dalğası? – Vətəndaş mövqeyi – VİDEO

Koronavirus… Pandemiya… Pandemiyanın 2-ci dalğası… Artıq bu sözləri eşitməkdən yorulmuşuq. Amma koronavirus can almaqdan yorulmadı.

Bu bəs etmirmiş kimi hələ pandemiyanın 2-ci dalğası şaiələri eşidilməkdədir. İndi hər kəsi bu sual düşündürür. Biz nə vaxt normal həyata geri dönəcəyik? Həyat qaldığı yerdən davam edəcəkmi?

Ümumdünya Səhiyyə Təşkilatı bir neçə gün bundan öncə təşkilata üzv olan ölkələrdə yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiq olunmağa ehtiyac olmadığını bildirmişdi. Belə ki, sosial məsafəni qorumaqla və tibbi maskadan istifadə etməklə bu virusla mübarizə aparmaq olar deyə çıxış etmişdilər. Amma bəzi ölkələrdə pandemiyanın ikinci dalğası gəlir deyə şaiələr gəzməkdədir. Görəsən, Azərbaycanda da pandemiyanın ikinci dalğası gələrsə, paytaxt sakinləri, vətəndaşlar buna psixoloji olaraq hazırdılarmı?

Verilən cavablar vətəndaşların haqlı mövqeyidir. Biz də ümid edirik ki, pandemiyanın ikinci dalğası ölkəmizdən, xalqımızdan yan keçəcək. Paytaxt Bakı da artıq zamanla əvvəlki vəziyyətinə dönür. Karantin rejiminin yumşaldılmasıyla bəzi sahələrin fəaliyyəti bərpa olundu. Yenidən qapanmalar olarsa, bu o deməkdir ki, yenə iş yerləri fəaliyyətini dayandıracaq və yenidən minlərlə insan işsiz qalacaq. Bunu isə heç kim istəmir nə siz nə də biz…BAKU.WS

VİDEO

Share: