Panama millisinin futbolçusu qətlə yetirildi

Panama milli komandasının oyunçusu Hilberto Hernandez Kolon şəhərinin küçəsində atışma nəticəsində dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.  Hadisə zamanı daha 7 nəfərin yaralandığı bildirilir. Hernande isə xəstəxanada vəfat edib. Həkimlər  onu həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi Panama millisində iki oyun keçirib.

Futbolçunu qətlə yetirdiyi iddia edilən şəxs həbs edilib.


Share: