“Palmali Group” yeni işçi qəbulu elan edir..Mübariz Mənsimov daha 500 nəfərə iş verəcək

Türkiyədə və bir çox dünya ölkələrində fəaliyyət göstərən “Palmali Gorup”da daha 500 Azərbaycan vətəndaşını işlə təmin edəcək.

Bu barədə Müstəqil.Az-a adıçəkilən şirkətlər qrupundan verilən məlumatda bildirilir.

“Palmali” Şirkətlər Qrupunun yeni tikdirdiyi gəmilərində ve yeni layihələrində işləmək üçün 20-60 yaşlı təcrübəli  dənizçilərə şans veriləcək: “Dünyanın aparıcı Gəmiçilik şirkətlərindən olan “Palmali” 500 dən çox   vakant yer üzrə müxtəlif ixtisas sahibli gəmiçiləri öz sırasında görmək istəyir. Belə ki, gəmi kapitanları, kapitanın baş köməkçisi, 2-çi köməkçi, baş çilingər, 2-ci, 3-cü dərəcəli çilingərlər elektrik, bosman, matorçu, matros və aşpazlar  bilər. Cv-lərlə [email protected] ünvanına müraciət edə bilər.

Sonda o da bildirilir ki, şirkət xaricdə fəaliyyət göstərsə də hər zaman Azərbaycan vətəndaşlarına xüsusi diqqəti ilə seçilməkdə davam edəcək.

Share: