Pakistanın Baş naziri Azərbaycana təşəkkür etdi

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş nazir tviter hesabında bildirib.

“Azərbaycanın Pakistandakı daşqın qurbanlarına davamlı dəstəyi üçün Prezident İlham Əliyevə minnətdaram. Bu cür mehriban jestlər seldən zərər çəkmiş insanların mənəviyyatını yüksəltməklə yanaşı, həm də ümumi insanlığa olan inamımızı bərpa edir”, – deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Pakistanda baş verən daşqınlarla bağlı ölkəyə 2 milyon dollar yardım edəcək.


Share: