Pakistanda “Wikipedia” qadağası ləğv edildi

Pakistanda “Wikipedia” onlayn ensiklopediyasına giriş qadağası aradan qaldırılıb.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif müvafiq göstəriş verib.

Qeyd edək ki, fevralın 4-dən etibarən Pakistanda “Wikipedia”ya giriş bloklanıb. Buna səbəb “Wikipedia”da dinə aid əxlaqsız məzmunlu informasiyanın yerləşdirilməsi olub. Lakin Pakistan Telekommunikasiya İdarəsi konkret hansı məzmunlu informasiyadan söhbət getdiyini də açıqlamayıb.

Mənbə: Kommersant

Share: