Pakistanda sərnişin avtobusu yanacaq daşıyan maşınla toqquşub: 20 nəfər ölüb

Pakistanda sərnişin avtobusu ilə yanacaq daşıyan yük maşını toqquşub.

Məlumata görə, insident nəticəsində 20 nəfər ölüb.

Həmçini, qəza zamanı daha 6 nəfər yaralanıb.

Qəzaya avtobus sürücüsünün sükan arxasında yuxuya getməsi səbəb olub.

Toqquşma nəticəsində güclü yanğın baş verib və nəticədə hər iki nəqliyyat vasitəsi sıradan çıxıb.

Mənbə: kp.ru

Share: