Pakistanda kamikadze özünü partlatdı — 2 ölü, 24 yaralı

Pakistanın Qvetta şəhərində terrorçu kamikadze özünü partladıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, hadisə poliomielitə qarşı peyvənd məntəqəsinin yaxınlığında baş verib.

Hadisə nəticəsində 2 nəfər həlak olub, daha 24 nəfər isə yaralanıb. 

Həlak olanlardan biri polis əməkdaşı, biri isə azyaşlı uşaqdır.

 


Share: